Gürcüstanda yoluxma sayı 10 minə çatır

Gürcüstanda yoluxma sayı 10 minə çatır
  07 Oktyabr 2020    Oxunub:1942
Gürcüstanda son sutka ərzində daha 508 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 9753-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 5235 pasiyent sağalıb, 62 nəfər dünyasını dəyişib. Hazırda karantində 5655, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son vaxtlar Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Gürcüstan   yoluxma  





Xəbər lenti