Erməni mer Qarabağda ağır yaralandı - FOTO

 Erməni mer Qarabağda ağır yaralandı -  FOTO
  07 Oktyabr 2020    Oxunub:4239
Ermənistanın Meğri rayonunun bələdiyyə sədri Mxitar Zaxaryan Qarabağda gedən döyüşlərdə ağır yaralanıb.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, erməni mer İrəvandakı xəstəxanalardan birinə aparılıb.

Məlumata görə, 50 yaşlı Mxitar Zaxaryan Qarabağın cənubunda döyüşüb.

Qeyd edək ki, oktyabrın 7-ə keçən gecə bütün cəbhə boyu döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız ötən günlərdə qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti