Koronavirusa yoluxanların sayı 36 milyonu keçib - STATİSTİKA

Koronavirusa yoluxanların sayı 36 milyonu keçib -  STATİSTİKA
  07 Oktyabr 2020    Oxunub:1630
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.
Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 36 milyon 45 min 50, pandemiya qurbanlarının sayı isə 1 milyon 54 min 607 nəfərə çatıb.

İndiyədək 27 milyon 149 min 223 nəfər xəstəlikdən sağalıb.

Koronavirusa yoluxanların sayına görə ABŞ liderdir. Bu ölkədə 7 milyon 722 min 746 nəfər virusa yoluxub, 215 min 822 nəfər dünyasını dəyişib.

İkinci sırada Hindistandır. Bu ölkədə 6 milyon 757 min 131 nəfər koronavirusa yoluxub, 104 min 591 nəfər dünyasını dəyişib. Ötən sutka ərzində Hindistanda 2952 nəfər COVID-19-a yoluxub.

Koronavirusa yoluxanların sayına görə Brazilya 3-cü sıradadır. Brazilyada 4 milyon 970 min 953 nəfər xəstəliyə yoluxub, 147 min 571 nəfər dünyasını dəyişib.

Ölkə əhalisinin 1 min 237 min 504 nəfəri COVID-19 virusuna yoluxan Rusiya 4-cü sıradadır. Rusiyada indiyədək 21 min 663 nəfər pandemiyanın qurbanı olub.

Beşinci sırada Kolumbiyadadır. Bu ölkədə 869 min 808 nəfər koronavirusa yoluxub, 27 min 17 pasiyent dünyasını dəyişib.

Altıncı sırada İspaniyadır. Ölkədə 865 min 631 koronavirusa yoluxub, 32 min 486 nəfər dünyasını dəyişib.

Yeddinci sırada olan Peruda 832 min 929 nəfər virusa yoluxub, 32 min 914 nəfər həyatını itirib.

Koronavirusa yoluxanların sayına görə Argentina səkkizinci sıradadır. Bu ölkədə 824 min 468 nəfər koronavirusa yoluxub, 21 min 827 nəfər vəfat edib.

Ölkə əhalisinin 794 min 608 nəfəri COVID-19 virusuna yoluxan Meksika siyahıda doqquncu sıradadır. Bu günə qədər 82 min 348 nəfər koronavirusun qurbanı olub. Son sutkada ölkədə 4 828 nəfər infeksiyaya yoluxub, 471 nəfər dünyasını dəyişib.

Siyahıda onuncu sırada Cənubi Afrika Respublikası qərarlaşıb. Bu ölkədə 683 min 242 nəfər koronavirusa yoluxub, 17 min 103 nəfər həyatını itirib.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemya 213 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dünya   Koronavirus   Statistika  





Xəbər lenti