“Rusiya münaqişənin həllində maraqlı olmalıdır” - Çavuşoğlu

“Rusiya münaqişənin həllində maraqlı olmalıdır” -  Çavuşoğlu
  07 Oktyabr 2020    Oxunub:3564
"Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında Rusiya ilə əməkdaşlığa hazırdır".
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT kanalına Bakıya işgüzar səfərinin nəticələrini şərh edərkən deyib.

Türkiyəli nazir qeyd edib ki, Rusiya Qarabağ münaqişəsinin həllində və sərhədlərindəki problemlərin aradan qaldırılmasında maraqlı olmalıdır.

Çavuşoğlu ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülhməramlı səylərin bütün dünyaya uğursuz olduğunu nümayiş etdirdiyini bildirib. XİN başçısı atəşkəsin Qarabağın işğalı problemini həll etmədiyini və Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalı olduğunu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad etməyə qərarlıdır və Ankara Bakının ədalətli mövqeyini dəstəkləyir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti