Sürücülərə xəbərdarlıq edildi

Sürücülərə xəbərdarlıq edildi
  31 Yanvar 2014    Oxunub:1117
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə və paytaxt sakinlərinə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, sinoptiklərin verdiyi məlumata görə, bu gün axşam saatlarında paytaxtın yolları buz bağlayacaq.

Bunu nəzərə alaraq, sürücülərdən axşam saatlarında şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə olunur: “Yolların buzlaşmasını nəzərə alaraq, işdən evlərinə gedən, yaxud ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərdən mənzil başına vaxtında getmələri xahiş olunur”. (apa)



Teqlər:  





Xəbər lenti