Paşinyan hərbi forma dilənir

 Paşinyan hərbi forma dilənir
  05 Oktyabr 2020    Oxunub:2913
Ermənistanın baş naziri Nikol Paşinyan son bir ildə tərxis olunmuş hərbi qulluqçuları qeydiyyat komissiyalarına getməyə çağırıb.
Azvision.az xəbər verir ki, Paşinyan bununla bağlı erməni xalqına videomüraciət edib.

O, müraciətində vətəndaşlardan saxladıqları hərbi geyimləri orduya təhvil vermələrini xahiş edib: “Hərbi paltarları və ya dəbilqələri olanlardan mərkəzi hərbi bazaya təhvil vermələri xahiş olunur".

Paşinyanın bu sözləri işğalçı ordudakı vəziyyətin acınacaqlı olduğu göstərir. Artıq ermənilər də anlamağa başlayıblar ki, Ermənistan rəhbərlərinin indiyədək ordu barədə səsləndirdiyi fikirlər yalan və pafosdan ibarət olub.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər:





Xəbər lenti