Ərdoğan iclas çağırdı: Qarabağ müzakirə olunacaq

 Ərdoğan iclas çağırdı:  Qarabağ müzakirə olunacaq
  05 Oktyabr 2020    Oxunub:2399
Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Administrasiyasının iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

İclasın gündəliyinə üç məsələ daxil edilib. Əsas müzakirə ediləcək mövzulardan biri Qarabağda davam edən döyüşlər olacaq.

İclasda, həmçinin Şərqi Aralıq dənizindəki vəziyyət, koronavirusla mübarizə məsələləri müzakirə ediləcək.

Azvision.az


Teqlər: Ərdoğan   Qarabağ  





Xəbər lenti