Meksikada “donuz qripi” epidemiya halını alıb

Meksikada “donuz qripi” epidemiya halını alıb
  31 Yanvar 2014    Oxunub:1140
İlin əvvəlindən başlayaraq 273 nəfər xəstəliyin qurbanı olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Meksikada 2235 nəfər “donuz qripi” adlandırılan (H1N1) qripinə yoluxublar.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 22-dən bəri 120 nəfər xəstəliyin qurbanı olub. İlin əvvəlindən isə ümumilikdə, 273 nəfər “donuz qripi”i səbəbindən vəfat ediblər. Rəsmi qurum ən çox San-Luis-Potosi, Nuevo-Leon, Mexiko, İdalqo, Aquaskalentes və Sakatekas ştatlarında epidemiyanın yayıldığını bildirblər.

Ehtimal olunur ki, “qış mövsümün”nün sonuna qədər- fevral və martın əvvəllərinə qədər qripə yoluxanlıarın sayı artacaq. Lakin Meksika hökuməti baş verən yoluxmaların təhlükəli səviyyəyə çatmadığını və yaxın zamanlarda donuz qripi”nin yayılmasının qarşısının alınacağını bəyan ediblər.

Xatırladaq ki. 2009-cu ildə qrip pandemiyası Meksikada fövqəladə pandemiyanın elan olunmasına səbəb olmuşdu. 70 min nəfərin qripə yoluxduğu pandemiya 1479 nəfərin həyatına son qoymuşdu. Məhz bu zaman hələ 1930-cu illərdə A(H1N1) ştamlı qrip “donuz qripi” adlandırılmağa başlanılmışdı. Ekspertlərin fikrincə, bütün dünya üzrə bu qrip növü 280 min insanın həyatına son qoyub.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti