“Azərbaycana dəstəyimiz mənəvi və siyasidir” - İbrahim Kalın

“Azərbaycana dəstəyimiz mənəvi və siyasidir” -  İbrahim Kalın
  04 Oktyabr 2020    Oxunub:2170
"Bizim Azərbaycana dəstəyimiz mənəvi və siyasidir".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin azad olunması ilə mümkündür: “Əgər Ermənistan sülhün olmasını istəyirsə, işğal olunmuş ərazilərdən qeyri-şərtsiz çıxmalıdır. Bu, Azərbaycanın da rəsmi mövqeyidir və biz bunu dəstəkləyirik.

Təssüflər olsun, elə bir təssürat yaradırlar ki, Qarabağda hər şey qaydasında idi, guya Türkiyənin müdaxiləsindən sonra hər şey pisləşdi. Əslində isə Dağlıq Qarabağda davam edən erməni işğalı var, buna qarşı mübarizə aparan Azərbaycan var. Bizim Azərbaycana dəstəyimiz mənəvidir, siyasidir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Qarabağ  





Xəbər lenti