Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı
  04 Oktyabr 2020    Oxunub:1768
Ermənistanda son sutka ərzində daha 571 nəfərdə koronavirus infeksiyası (COVID-19) aşkar olunub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 52 496 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb. Ölənlərin ümumi sayı 977-yə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 302 nəfərdir. Hazırda 6545 aktiv xəstə var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti