Almaniyalı jurnalist: “Ermənilər 4 min nəfər itirib”

 Almaniyalı jurnalist:  “Ermənilər 4 min nəfər itirib”
  03 Oktyabr 2020    Oxunub:5873
“Olduqca ağır itkilər verən (4000-ə qədər) ermənilər özlərini tənha hesab edirlər”.
Azvision.az xəbər verir ki, bunu “Bild” nəşrinin baş redaktorunun müavini Pol Rontshaymer “Twitter”də yazıb.



“Demək olar ki, ölənlər arasında hər kəsin bir tanışı var. Merkel buradakı müharibə barədə niyə az danışır?”, - deyə bizi Yerevan hava limanında qarşılayan Mane soruşub”, - o qeyd edib.

Qeyd edək ki, bu gün jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibəsinin baş tutacağı gözlənilir.

Xatırladaq ki, ötən gün “Bild”in digər redaktoru Yulian Röpke erməni hərbçilərin Azərbaycan Silahlı Qüvvələrinə məxsus zərbə PUA-larının qarşısında acizliyindən söz açıb.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti