Saakaşvili onu “Gürcüstanın vizit kartı” adlandırdı

Saakaşvili onu “Gürcüstanın vizit kartı” adlandırdı
  04 Oktyabr 2020    Oxunub:1675
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili parlament seçkilərində müxalif “Vahid Milli Hərəkat” partiyasının siyahısına başçılıq edən Vaxtanq Kikabidzeni "sözün yaxşı mənasında bir siyasətçi" və "Gürcüstanın bütün dünyada vizit kartı" adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə Saakaşvili "Facebook"da paylaşım edib.

Bundan əvvəl partiya Mərkəzi Seçki Komissiyasına Kikabidzenin birinci yerdə olduğu parlament seçkiləri üçün siyahı təqdim edib.

Hazırda Gürcüstanın xaricində olan Saakaşvili əvvəllər "Milli Hərəkat"a rəhbərlik edib.

Sabiq prezident deyib ki, sovet Rusiyasına rəğbətini ifadə edən partiyanın rəqibləri artıq Kikabidzeni “düşmənin agenti və işğalçıların nümayəndəsi” elan ediblər.

"Kikabidze dünyanın hər yerində, xüsusən də postsovet məkanında Gürcüstanın vizit kartıdır. O, yalnız bir müğənni və aktyor deyil, çox vacib ictimai xadim, sözün yaxşı mənasında siyasətçidir və ən əsası Gürcüstanın böyük vətənpərvəridir", -deyə Saakaşvili əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti