“Fransa son dərəcə sərt antitürk mövqeyi tutur” - Rusiyalı politoloq

“Fransa son dərəcə sərt antitürk mövqeyi tutur” -  Rusiyalı politoloq
  03 Oktyabr 2020    Oxunub:2845
Türkiyə Dağlıq Qarabağ məsələsində əvvəllər də Azərbaycanı dəstəkləyib, lakin münaqişənin hərbi yolla həll edilməməsinə çalışıb.
Azvision.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun Fransız Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Yuri Rubinski deyib.

Onun sözlərinə görə, indi Ankaranın mövqeyi dəyişib: “Buna cavab olaraq Fransa və onu dəstəkləyən Avropa İttifaqındakı ölkələr sərt anti-türk açıqlamaları verirlər. Fransanın mövqeyinə bu ölkədə məskunlaşmış erməni diasporunun fəaliyyəti də təsir edir”, - deyə politoloq bildirib.

O əlavə edib ki, Fransada böyük bir erməni diasporu mövcuddur - təxminən 350 mindən çox insan. İqtisadi həyatda kifayət qədər təsirlidir. Və bu məsələ yalnız xarici siyasət xarakteri daşımır. Ölkədəki seçkilərdə də istifadə edilə bilər.

Politoloq vurğulayıb ki, son aylarda Türkiyə ilə Fransa arasındakı münasibətlər Qarabağ münaqişəsi olmadan da ciddi şəkildə pisləşib.

"Səbəb Şərqi Aralıq dənizindəki vəziyyətdir. Bir tərəfdə Yunanıstan, Kipr və İsrail, digər tərəfdə Rusiya. Üstəlik, Türkiyənin Suriya və Liviyadakı iştirakçılığı ilə əlaqədar olaraq Fransa son dərəcə sərt bir antitürk mövqeyi tutur".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Türkiyə  





Xəbər lenti