Bakıda güclü qar yağır

Bakıda güclü qar yağır
  31 Yanvar 2014    Oxunub:1709
Paytaxta güclü qar yağır.
AzVision.az xəbər verir ki, təqribən bir saatdır ki, Bakı şəhərində intensiv qar yağır və artıq yerdə oturmağa başlayıb.
Buna baxmayaraq, şəhərə elektrik enerjisi və təbii qazın verilişində heç bir fasilə qeydə alınmayıb.

Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanvarın 31-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Çovgun olacağı ehtimalı var. Gecə və gündüz 1-3 dərəcə şaxta olacaq. Axşam temperatur bir qədər də enəcək, 5 dərəcəyədək şaxta olacağı proqnozlaşdırılır. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də arabir qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var.

Yollar buz bağlayacaq.


Teqlər:





Xəbər lenti