Riqada Azərbaycan Ordusuna dəstək yürüşü keçirildi

Riqada Azərbaycan Ordusuna dəstək yürüşü keçirildi
  02 Oktyabr 2020    Oxunub:2889
Riqa şəhərində Azərbaycan ordusunun əks-hücum əməliyyatlarına dəstək yürüşü keçirilib.
Azvision.az -ın məlumatına görə, “Səssiz yürüş” Riqa Texniki Universitetinin 3 cü kurs tələbəsi Samir Əzizovun təşəbbüsü ilə baş tutub. Yürüşdə Riqada təhsil alan tələbələr və Azərbaycanın diasporunın üzvləri fəal iştirak ediblər.

Yürüşdə Azərbaycan və Türkiyə bayraqları, “Qarabağ Azərbaycanındır”, “Torpaqlarımıza qayıtmaq istəyirik”, “ Ordumuzun yanındayıq” və s şüarlar nümayiş etdirilib.

Yürüşə Turkiyə diasporasının nümayəndələri də qoşulub. Tədbirin təşkilatçısı Samir Əzizov Latviya mətbuatına verdiyi müsahibədə Azərbaycan ordusunun öz torpaqlarında döyüşdüyünü və mübarizəmizin Azərbaycanın haqq davası olduğunu vurğulayıb.

Daha sonra müsahibə verən Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının latviyalı üzvü Elnur Rəhimov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə geniş məlumat verib.

Azvision.az



Teqlər: Riqa  





Xəbər lenti