Suriya müxalifət rəhbəri Moskvaya gedir

Suriya müxalifət rəhbəri Moskvaya gedir
  31 Yanvar 2014    Oxunub:1293
Suriya Milli koalisiyasının rəhbəri fevralın 4-də Moskvaya səfər edəcək.
Suriya Milli koalisiyasının müxalifət və inqilabi qüvvələrinin lideri Əhməd Carba gələn çərşənbə axşamı Moskvaya səfər edəcək. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə cümə axşamı müxalifətçinin köməkçisi məlumat verib.

"Cənab Carba Rusiya tərəfinin fevralın 4-də Moskvaya səfər etməsi barədə dəvətini qəbul edib", - Carbanın müşaviri bildirib.
Xəbər verildiyi kimi, Rusiya XİN-i Milli koalisiyanın ünvanına dəfələrlə Moskvaya səfər etməsi barədə dəvət göndərib, lakin tərəflər əlverişli vaxtını razılaşdıra bilmirdilər.

Milli koalisiyasının Baş katibi Bədr Camus bəyan edib ki, təşkilat Rusiya nümayəndələri ilə hər hansı görüşü alqışlayır, xüsusən də əgər onlar tərəflər arasında dialoqun daha da inkişafına müsbət təsir olacaqdır.


Teqlər:





Xəbər lenti