Nərimanov rayonunda partlayış baş verib

Nərimanov rayonunda partlayış baş verib
  31 Yanvar 2014    Oxunub:1089
Nərimanov rayonunun ərazisində yaşayan Şirzad Əmiraslanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hadisə nəticəsində evin 30 kvadratmetri yararsız vəziyyətə düşmüş və dam örtüyü çöküb.

Yanıq xəsarəti almış Ş.Əmiraslanova və oğlu Naibə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti