İki nəfəri bıçaqladı

İki nəfəri bıçaqladı
  31 Yanvar 2014    Oxunub:1762
Kürdəmir rayon sakini paytaxtda iki nəfəri bıçaqlayıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən kafedə naməlum şəxs xuliqanlıq zəminində orada işləyən Bakı şəhər sakinləri Ağasəttar Ağayevə və Niyaməddin Haqverdiyevə bıçaqla xəsarət yetirib.

A.Ağayevə və N.Haqverdiyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hadisəni törədən Kürdəmir rayon sakini Soltan İbrahimov Binəqədi Rayon Polis İdarəsinin 40-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Xəzər Rayon Polis İdarəsinin 2-ci bölməsinin əməkdaşları isə yanvarın 24-də Rüfət Əlpaşayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Elman Hacıyevi yaxalayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti