Ermənistanın itkiləri: 4 gündə 1,2 milyard dollar
O qeyd edib ki, Ermənistanın Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2020-ci il ərzində dövlət büdcəsində hərbi istiqamətə nəzərdə tutulmuş xərclərin həcmi 634 milyon ABŞ dolları civarındadır.
“Dünya Bankının məlumatına əsasən bu ölkənin Ümumi Daxili Məhsulu 2019-cu ildə 13 milyard ABŞ dolları civarında olub. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən bu ölkə hər il ÜDM-nin 5 faizə yaxınını hərbi xərclərə ayırır”.
V.Qasımlı vurğulayıb ki, nüfuzlu “Global FirePower” hərbi-analitik mərkəzinin hesablamalarına əsasən isə Ermənistanın ümumi hərbi büdcəsi 1 milyard 385 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
“Göründüyü kimi, cəmi 4 gün ərzində Azərbaycan ordusu düşmənin hərbiyə ayırdığı vəsaitdən 2 dəfə çox büdcəsini, ümumi hərbi büdcəsinin isə tamamını məhv edib”.
Azvision.az
Teqlər: