Bir kiloqramdan çox həşiş götürüldü

Bir kiloqramdan çox həşiş götürüldü
  31 Yanvar 2014    Oxunub:1097
Bakı şəhər sakinindən bir kiloqramdan çox həşiş qətranı götürülüb.
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Mübariz Hacızadədən 1 kiloqram 55,48 qram həşiş qətranı götürülmüşdür.

Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti