Ermənistan İsraildəki səfirini geri çağırdı

 Ermənistan İsraildəki səfirini geri çağırdı
  02 Oktyabr 2020    Oxunub:4352
Ermənistan İsrailin Azərbaycana silah satdığını səbəb gətirərək bu ölkədəki səfirini geri çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan deyib.

"İsrailin Azərbaycana ən müasir silahları tədarük etməsi bizim üçün qəbuledilməzdir. Xarici İşlər Nazirliyi bunu nəzərə alaraq İsraildəki səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına qərar verib", - deyə o bildirib.

Azvision.az




Teqlər: Ermənistan   İsrail   Səfir  





Xəbər lenti