Narkotiklə yaxaladılar silah da çıxdı

Narkotiklə yaxaladılar silah da çıxdı
  31 Yanvar 2014    Oxunub:1496
Narkotik vasitə ilə saxlanılan şəxsin evinə baxış zamanı silah aşkar edilib.
Kamal Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə saxlanılıb.

Həmin şəxsin Yeni Suraxanı qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş “PSM” markalı tapança və bir patron darağı aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti