Oğrular yaxalandı

Oğrular yaxalandı
  31 Yanvar 2014    Oxunub:1131
Evdən və avtomobildən oğurluq etmiş şəxslər saxlanılıb.
Tovuz rayonunda İsaxan Ələsgərovun evindən pul və qızıl əşyaları oğurlanıb.

Oğurluğu törədən Gəncə şəhər sakini Ruslan Abbasov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Şəmkir rayonunda Mehman Məmmədova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanıb.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Həsrət Əliyev saxlanılıb.

Nizami rayonunun Keşlə qəsəbəsində kirayədə yaşayan Ucar rayon sakini Sadiq Heydərovun evindən mobil telefon oğurlanıb.
Hadisəni törədən Ucar rayon sakini Pərvin Həsənov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti