Ərdoğandan Ermənistanı dəstəkləyənlərə xəbərdarlıq

Ərdoğandan Ermənistanı dəstəkləyənlərə xəbərdarlıq
  01 Oktyabr 2020    Oxunub:2979
"Türkiyə olaraq bütün imkanlarımızla və qəlbimizlə azərbaycanlı qardaşlarımızın yanındayıq".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyasının açılışında çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, bölgədə daimi sülhə aparan yol ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının hər qarışından geri çəkilməsidir.

"Ermənistan rəhbərliyinin Türkiyəyə böhtan atma səyləri qurtaramayacaq. Bu quldur dövlətə (Ermənistan) dəstək olanları insanlığın ortaq vicdanı qarşısında cavab verəcəkləri barədə xəbərdar edirəm", - deyə Türkiyə lideri əlavə edib.

Ərdoğan bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – ABŞ, Rusiya və Fransa 30 ilə yaxındır bu münaqişəyə laqeyd yanaşıblar: “Baş verənlərin qarşısında onların atəşkəs axtarışı içində olmaları hər şeydən əvvəl qəbuledilməzdir. Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına və mülki əhaliyə qarşı törətdikləri qətliamlara kar, kor və lal qalanların bu gün nümayiş etdirdikləri davranış ikiüzlülükdür”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti