AŞ-nın baş katibi döyüşləri dayandırmağa çağırdı
O bildirib ki, heç bir siyasi fikir qadın, uşaq və kişilərin əzablarına haqq qazandıra bilməz: “Mən münaqişə tərəflərini döyüş əməliyyatlarını dərhal dayandırmağa və Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi tədbirləri icra etməyə çağırıram. Ciddi humanitar böhranın qarşısını almaq üçün danışıqlar masasında həll yolu tapmaq lazımdır”.
Baş katib, həmçinin bu istiqamətdə ATƏT-in Minsk qrupu həmsədrlərinin işinə dəstəyini ifadə edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: AvropaŞurası