Saakaşviliyə İrəvanda verilən fəxri ad geri alındı

 Saakaşviliyə İrəvanda verilən fəxri ad geri alındı
  01 Oktyabr 2020    Oxunub:3227
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İrəvan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyan bildirib.

Saakaşvili daha əvvəl "Facebook"da mövqeyinin ərazi bütövlüyü prinsipinə əsaslandığını yazaraq, Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bəyan edib.

“İrəvan Dövlət Universitetinin Elmi Şurası yekdilliklə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin fəxri doktor adından məhrum edilməsinə səs verdi", - deyə Arutyunyan bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Saakaşvili   İrəvan  





Xəbər lenti