Tramp, Putin və Makron birgə Qarabağ bəyanatı yayacaq

Tramp, Putin və Makron birgə Qarabağ bəyanatı yayacaq
  01 Oktyabr 2020    Oxunub:4938
Dağlıq Qarabağdakı vəziyyət Rusiya Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin şuranın daimi üzvləri ilə görüşdə Rusiya, ABŞ və Fransa prezidentlərinin Qarabağdakı vəziyyətlə bağlı ortaq bəyanat hazırladığı barədə məlumat verib.
"İclasda Qarabağdakı vəziyyətə xüsusi diqqət yetirilib. Davam edən döyüşlərdən həddindən artıq narahatlıq ifadə edilib. Vladimir Putin görüş iştirakçılarına Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatın hazırlanması barədə məlumat verdi".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti