Suriya təşkilatı muzdluların Ermənistana aparıldığını təsdiqlədi

Suriya təşkilatı muzdluların Ermənistana aparıldığını təsdiqlədi
  01 Oktyabr 2020    Oxunub:12591
Erməni əsilli suriyalı muzdlular Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşlərdə iştirak edirlər.
Azvision.az xəbər verir ki, bu barədə "Suriya İnsan Haqları Müşahidəçiləri" (Syrian Observatory Human Rights - SOHR) təşkilatı məlumat yayıb.

“Erməni əsilli suriyalı döyüşçülərin Azərbaycana qarşı döyüşlərdə iştirak üçün Ermənistana aparıldığı barədə məlumatlar var", - deyə açıqlamada deyilir.

SOHR, həmçinin bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Mənbələrimiz Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya   Muzdlu  





Xəbər lenti