Sarkisyan Rusiya səfiri ilə görüşdü - Qarabağ müzakirəsi

Sarkisyan Rusiya səfiri ilə görüşdü -  Qarabağ müzakirəsi
  01 Oktyabr 2020    Oxunub:3046
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ilə görüşüb. Görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
Azvision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağdakı eskalasiya və genişmiqyaslı hərbi əməliyyatlar müzakirə edilib.

Sarkisyan daxili siyasi gündəmi dondurmaq və ümummilli konsolidasiya çağırışı barədə səfiri məlumatlandırıb. Bundan əlavə, Sarkisyan problemin hərbi həll yolunun olmadığını bəyan edib.

Öz növbəsində, səfir Kopırkin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanması ilə bağlı həm milli səviyyədə, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin mandatı çərçivəsində mövqeyini təqdim edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sarkisyan   Rusiya  





Xəbər lenti