“Azeri Light”ın qiyməti bahalaşıb

“Azeri Light”ın qiyməti bahalaşıb
  01 Oktyabr 2020    Oxunub:1508
Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar ucuzlaşaraq 40,95 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,05 dollar artaraq 40,27 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar artaraq 40,92 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti