Avropa İttifaqının sammiti başlayır - Qarabağ müzakirə ediləcək

  01 Oktyabr 2020    Oxunub : 1643
 Avropa İttifaqının sammiti başlayır -  Qarabağ müzakirə ediləcək
Bu gün Brüsseldə Avropa İttifaqının növbədənkənar sammiti işə başlayır.
Azvision.az xəbər verir ki, sammitdə Dağlıq Qarabağdakı gərginlik müzakirə ediləcək.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, iki günlük görüşdə aktual məsələlər diqqətdə olacaq.

“Biz Aİ-Türkiyə münasibətləri, Belarusdakı vəziyyət, Aleksey Navalnının zəhərlənməsi və Dağlıq Qarabağdakı gərginləşməni müzakirə edəcəyik”, - deyə Mişel bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Avropa-ittifaqı   Qarabağ