Rusiya hərbçiləri Qarabağdakı vəziyyəti izləyir

 Rusiya hərbçiləri Qarabağdakı vəziyyəti izləyir
  30 Sentyabr 2020    Oxunub:2835
Rusiya hərbçiləri Dağlıq Qarabağda təmas xəttindəki vəziyyəti yaxından izləyirlər və məlumatlar hərtərəfli təhlil olunur.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim hərbçilərimiz hərbi əməliyyatların davam etdiyi təmas xəttində (Dağlıq Qarabağda) vəziyyətin inkişafını çox yaxından izləyirlər. Bütün məlumatlar diqqətlə təhlil olunur. Beynəlxalq liderlərin yüksək səviyyədə səsləndirdikləri bütün açıqlamaları da diqqətlə qeydə alırıq”, - deyə Peskov vurğulayıb.

Türkiyənin Azərbaycana dəstək verdiyini birmənalı şəkildə söyləməyin mümkün olub-olmadığına gəlincə, Peskov, bu mövzuda söylədiklərinə əlavə edəcək bir şey olmadığını vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Peskov  





Xəbər lenti