ABŞ-da Rusiya tanklarını məhv edən robotlar hazırlandı

ABŞ-da Rusiya tanklarını məhv edən robotlar hazırlandı
  30 Sentyabr 2020    Oxunub:2464
ABŞ-da Rusiyanın T-72 tankını məhv etməsi üçün proqramlaşdırılan “LIDAR” robotları sınaqdan keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Breaking Defence” nəşri məlumat yayıb. Sınaqlar Arizona əyalətindəki Yuma poliqonunda baş tutub.

Cihaz T-72-nin yerini avtomatik hədəf tanıma (Aided Target Recognition) alqoritmi ilə quraşdırılmış kiçik dronlar sayəsində təyin edir. Sistem bir neçə milyon hərbi texnikanın şəkiləri əsasında hazırlanıb.

Süni intellekt hədəf barədə məlumatları yükləyir, daha sonra dronları hədəfi məhv etməyə istiqamətləndirir.

Azvision.az


Teqlər: Dron   Tank  





Xəbər lenti