Ermənistanda koronavirusa yoluxma sayı 50 mini ötdü

  30 Sentyabr 2020    Oxunub : 1471
Ermənistanda koronavirusa yoluxma sayı 50 mini ötdü
Ermənistanda son sutka ərzində 458 nəfərdə koronavirus aşkar edilib.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 50 359 nəfərə çatıb.

Ermənistanda son sutkada 1 nəfər olmaqla, indiyədək virusdan 959 nəfər ölüb. Koronavirusa yoluxub, digər xəstəlikdən ölənlərin sayı 297 nəfərdir. Hazırda 5102 aktiv xəstə var.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan