Debatda kim qalib gəldi: Tramp, yoxsa Bayden?
Daha bitərəf hesab edilən CBS News-un blits sorğusunda Baydenin 48, Trampın 41 faiz səs qazandığı iddia edilib.
Xatırladaq ki, Prezident Donald Tramp və onun demokrat rəqibi Co Baydenin Ohayo ştatının Klivlend şəhərində ilk debatı baş tutub. Müzakirə dözümsüzlük şəraitində keçib, namizədlər tez-tez bir-birinin sözünü kəsib və yerində olmayan ifadələrdən istifadə ediblər.
Bayden "Sus, sus, oğlan", "Hamı onun yalançı olduğunu bilir" və "Qışqırmağa davam et, oğlan!" deyə Trampa səslənib.
Pərvanə Sultanova
Azvision.az