Yuri Timçenko ermənilərin “33 tank” yalanını belə ifşa etdi
"Mən dəfələrlə vurulan və ya partladılan tankların necə yandığını görmüşəm. Qafqazdan göstərilən videoçarxlar həvəskarların montajıdır və qorxulu mənzərə yaratmağa hesablanıb. Üzərində iki sütun atəş qalxan tankın necə yandığını gördünüzmü? Əgər döyüş sursatı belə yanırsa, partlayış haradadır, kənara uçan qala haradadır? Bu yoxdur. Qara tüstü buludlarına diqqət yetirdinizmi? Bu nədir? Tank minanın üzərində çıxdı? Belə halda o ancaq partlayır və bu cür "qıvrım" tüstü buludları yaratmır. Videoda daha bir nöqsan var. Deyilən partlayışdan sonra tank irəli gedir. Bu, açıq aydın saxtakarlıqdır. Bütün bunlar düşmənin əsəblərinə təsir etməyə və onda qorxu yaratmağa istiqamətlənmiş cizgi filmidir", - deyə Yuri Timçenko erməni yalanlarını ifşa edib.
Şahanə Rəhimli
Azvision.az