Polad Bülbüloğlu: “Sülh danışıqları aparılmır”

  29 Sentyabr 2020    Oxunub : 1815
  Polad Bülbüloğlu:  “Sülh danışıqları aparılmır”
Hazırda Ermənistanla Azərbaycan arasında Qarabağla əlaqədar sülh prosesi və ya danışıqları yoxdur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Komsomolskaya pravda”ya müsahibəsində bildirib.

"Ermənistanın hazırkı rəhbərliyi danışıqlar prosesi ilə bağlı tamamilə absurd açıqlamalar verir ki, bu da sözün əsl mənasında onu məhv edir. Və bu gün sülh prosesi yoxdur, sülh danışıqları yoxdur", - deyə Bülbüloğlu əlavə edib.

Səfir münaqişənin kökünün Azərbaycan ərazilərinin 20% -nin Ermənistan tərəfindən işğalı olduğunu xatırladıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Səfir   Polad-Bülbüloğlu