Xankəndi boşaldılır, ermənilər İrəvana aparılır

Xankəndi boşaldılır, ermənilər İrəvana aparılır
  29 Sentyabr 2020    Oxunub:4384
Azərbaycanın işğal altında olan Xankəndi şəhərindən ermənilərin kortəbii şəkildə təxliyəsinə başlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazıb.

Məlumata görə, insanlar kütləvi şəkildə İrəvana göndərilir.

“Dərhal göndərirlər, orada qohumlarının olub-olmadığını bilmirlər, amma qarşılanacaqlarını söyləyirlər. Avtobuslarla mütləq deyil, polis maşınları dayandırır və yolda olan insanlar pulsuz həmin maşınlara götürülərək İrəvana aparılır”, - deyə nəşr qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İzvestiya  





Xəbər lenti