MN-dən F-16 açıqlaması: “Məlumat yalandır”

MN-dən F-16 açıqlaması:  “Məlumat yalandır”
  29 Sentyabr 2020    Oxunub:2964
Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil", - deyə MN rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti