Rusiya Dövlət Dumasında Qarabağa dair bəyanat layihəsinə baxılacaq

Rusiya Dövlət Dumasında Qarabağa dair bəyanat layihəsinə baxılacaq
  29 Sentyabr 2020    Oxunub:3945
Rusiya Dövlət Dumasının bu gün keçiriləcək plenar iclasında Dağlıq Qarabağdakı vəziyyətə dair bəyanat layihəsinə baxılacaq.
Azvision.az xəbər verir ki, layihədə Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması və münaqişənin sülh yolu ilə nizamlanması üçün deputatlar tərəfindən vasitəçilik edilməsi yer alıb.

Rusiya parlamentinin aşağı palatası isə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin formada gərginləşməsindən ciddi narahatlığını bəyan edib və tərəflərin güc tətbiq etməsini pisləyib.

Qeyd edək ki, bəyanat layihəsi Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitəsi tərəfindən hazırlanıb.

Azvision.az



Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti