Meksikada koronavirusa yoluxma sayı 733 mini ötdü

Meksikada koronavirusa yoluxma sayı 733 mini ötdü
  29 Sentyabr 2020    Oxunub:2145
Meksika hakimiyyəti ölkədə koronavirus üzrə yeni statistikanı açıqlayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə koronavirus infeksiyasına 3400 yeni yoluxma faktı qeydə alınıb, pandemiyadan 173 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 733 717 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib, onlardan 527 278 nəfər müalicə olunaraq sağalıb, 76 603 nəfər vəfat edib, aktiv xəstə sayı 129 836 nəfərdir.

Xatırladaq ki, Meksikada ilk yoluxma 28 fevralda aşkarlanıb.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb.

Mütəxəssislər xəstəliyə yeni növ koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Azvision.az


Teqlər: Meksika   Koronavirus  





Xəbər lenti