ABŞ-da polisin öldürdüyü şəxsin ailəsinə 20 milyon veriləcək

ABŞ-da polisin öldürdüyü şəxsin ailəsinə 20 milyon veriləcək
  29 Sentyabr 2020    Oxunub:2248
ABŞ-da Virciniya ştatının Prins-Corc dairəsinin səlahiyyətliləri, həbs olunarkən polis tərəfindən atəş açılaraq öldürülən afroamerikalı Uilyam Qrinin ailəsinə 20 milyon dollar məbləğində təzminat ödəyəcək.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı dairənin direktoru Anjela Olsbruks mətbuat konfransı keçirib. O bildirib ki, polis Maykl Ouen 43 yaşlı Qrinə silahsız və qandallı olduğu zaman altı dəfə atəş açıb.

Direktorun sözlərinə görə, artıq polisə qətl törətmək maddəsi ilə ittiham irəli sürülüb və onun məhkəmə iclası gələn il keçiriləcək.

Azvision.az


Teqlər: ABŞ   Qətl  





Xəbər lenti