Fillərin kütləvi ölüm səbəbi məlum oldu

Fillərin kütləvi ölüm səbəbi məlum oldu
  29 Sentyabr 2020    Oxunub:5185
Mütəxəssislər hesab edir ki, Zimbabve parkındakı fillərin ölüm səbəbi bakterial xəstəlikdir.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı "Associated Press" yayıb. Bildirilib ki, dəqiq səbəbi müəyyənləşdirmək üçün əlavə testlər aparılacaq.

Avqust ayının sonunda Zimbabvenin Pandamasue parkında fillərin kütləvi ölümü qeydə alınıb. Son məlumata görə, 34 fil naməlum səbədən ölüb.

Bundan əvvəl, Afrikada yerləşən Botsvana dövlətində 350 fil naməlum səbəbdən ölüb. Fillərin ölümü ilə bağlı ilk hadisə mayın 11-də baş verib. Onların 70 faizi su hövzələrində ölüb.

Azvision.az



Teqlər: Zimbabve  





Xəbər lenti