Zimbabvedə fillərin ölüm səbəbi məlum oldu

Zimbabvedə fillərin ölüm səbəbi məlum oldu
  28 Sentyabr 2020    Oxunub:408
Mütəxəssislər hesab edir ki, Zimbabve parkındakı fillərin ölüm səbəbi bakterial xəstəlikdir.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı "Associated Press" yayıb. Qeyd olunub ki, qəqiq səbəbi müəyyənləşdirmək üçün əlavə testlər aparılacaq.

Qeyd edək ki, avqust ayının sonunda Zimbabve Pandamasue parkında fillərin kütləvi ölümü qeydə alınıb. Son məlumata görə, 34 fil naməlum səbədən ölüb.

Bundan əvvəl, Afrikada yerləşən Botsvana dövlətində 350 fil naməlum səbəbdən ölüb. Fillərin ölümü ilə bağlı ilk hadisə mayın 11-də qeydə alınıb. Onların 70 faizi su hövzələrində ölüb. Fillərin kütləvi ölüm səbəbi hələdə bilinmir.

Azvision.az



Teqlər:





Xəbər lenti