Taksi sürücüsü sərnişinin qulağını qopardı

Taksi sürücüsü sərnişinin qulağını qopardı
  29 Sentyabr 2020    Oxunub:2643
Rusiyanın Soçi şəhərində taksi sürücüsü ilə sərnişin arasında mübahisə dava ilə nəticələnib.
Azvision.az “Kp.ru” portalına istinadən xəbər verir ki, 24 yaşlı yerli sakin gecəyarısı sevgilisi ilə taksiyə minib. Belə ki, sürücü sərnişinləri təyin olunmuş yerə çatdırdıqda, onunla müştəri arasında mübahisə düşüb. Nəticədə taksi sürücüsü sərnişinin qulağını qoparıb.

Qulağını itirən sərnişin əvvəlcə hüquq-mühafizə orqanlarına müraciət edib, lakin sonradan şikayətindən imtina edib.

Azvision.az


Teqlər: Rusiya   Taksi  





Xəbər lenti