Ərdoğan Consonla Qarabağı müzakirə etdi

 Ərdoğan Consonla Qarabağı müzakirə etdi
  29 Sentyabr 2020    Oxunub:2898
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə Böyük Britaniya arasında münasibətlərin yaxşılaşdırılması məsələləri, eləcə də Şərqi Aralıq dənizindəki hadisələr və Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının səbəb olduğu gərginlik daxil olmaqla regional məsələlər müzakirə edilib.

Ərdoğan bildirib ki, bölgədə sülh və sabitliyə nail olmaq üçün Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan çıxmalıdır.

Azvision.az



Teqlər: Türkiyə   Böyük-Britaniya   Qarabağ  





Xəbər lenti