Türkiyədə koronavirusdan daha 65 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 65 nəfər ölüb
  29 Sentyabr 2020    Oxunub:1763
Türkiyədə son sutka ərzində 65 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1412 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 8062, virusa yoluxanlar isə 315 845 nəfərə çatıb.

Türkiyədə indiyədək 277 052 pasiyent (son sutkada 1422 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti