Türk Şurasından Azərbaycana dəstək bəyanatı

 Türk Şurasından Azərbaycana dəstək bəyanatı
  28 Sentyabr 2020    Oxunub:2507
Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan-Ermənistan qoşunların təmas xəttindəki gərginliklə bağlı dərin narahatlığını ifadə edib.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytına məlumat yer alıb.

Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyərək Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini bir daha vurğulayır.

Bu çərçivədə Türk Şurası BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməyə çağırdığını xatırladır.

Baş katib insan itkisi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: TürkŞurası  





Xəbər lenti