“Münaqişəni həll etməmək üçün əllərindən gələni edirlər” - Ərdoğan

 “Münaqişəni həll etməmək üçün əllərindən gələni edirlər” -  Ərdoğan
  28 Sentyabr 2020    Oxunub:4570
ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransa 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Zaman-zaman təhdid edirlər. “Türkiyə ordadırmı?”, “Türk əsgəri orda varmı, silah göndərirmi?”. Bunu deyənlər Suriyanın şimalına minlərlə “TIR” silah daşıyanlardır. Məntiqə, ağıla baxın?! Sanki Azərbaycan Prezidenti qardaşım İlham Əliyev bunlara hesab verməlidir”.

Türkiyə lideri deyib ki, işğala məruz qalan Azərbaycan torpaqlarıdır: “Bunu hamınız qəbul etmisiniz. 1 milyon insan öz yurdundan didərgin düşüb, işğalçılar ordadır, “artıq hesab vaxtı gəldi” deyən Azərbaycan öz problemini özü həll etmək məcburiyyətində qalıb”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti