Qarabağ Azərbaycanın suveren ərazisidir - Saakaşvili

 Qarabağ Azərbaycanın suveren ərazisidir -  Saakaşvili
  28 Sentyabr 2020    Oxunub:3046
Mənim mövqeyim aydındır və bu, ərazi bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç nə bunu dəyişdirməyəcək.
Azvision.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvili özünü n “Facebook” səhifəsində yazıb.

Azərbaycanla Ermənistan arasında hərbi toqquşmaların ciddi narahatlıq doğurduğunu vurğulayan Saakaşvili,
bölgədən didərgin düşən insanların geri qayıtmaq haqlarının olduğunu əlavə edib.

“Dinc şəraitdə yaşamaq onların hüququdur və bu hüquq qorunmalıdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: UkraynaMilliİslahatlarŞurasınınİcraiyyəKomitəsininrəhbəriMixailSaakaşvili  





Xəbər lenti